Ukrayna Silahlı Qüvvələri Ukraynanın cənubunda 58 rus əsgərini məhv edib. Bundan əlavə, iyirmiyə yaxın texnika, həmçinin dörd sursat anbarı məhv edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Pivden” Əməliyyat Komandanlığı məlumat yayıb.
“Düşmən işğal etdiyi mövqelərdən döyüş əməliyyatlarını davam etdirir. Son bir həftədə xeyli itkilər verdiyinə görə, rus qoşunlarının Xerson vilayətində yerləşən bölmələrində mənəvi-psixoloji vəziyyətin xeyli pisləşməsi müşahidə olunub”, - məlumatda deyilir.
İşğalçılar gün ərzində bir raket və bir hava zərbəsi endiriblər: “Smerç”dən yeddi raket Krivoy Roq rayonunun Raduşnoye kəndinə, Ka-52 helikopteri isə Plotnitski traktına düşüb.
Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri Çernobaevka ərazisindəki komanda məntəqələrinə, bir dəstə texnikaya və düşmənin səhra sursat anbarına iki atəş zərbəsi endirib. İşğalçıların itkilərinin həcmi dəqiqləşdirilir.
"Düşmən 58 əsgər, iki “Msta-B” haubitsasını, avtomatlaşdırılmış maneə məntəqəsini, üç zirehli bölməni və 12 texnikanı əldən verib. Həmçinin dörd sursat anbarı məhv edilib - biri Nikolayev vilayətində, qalanları Xerson vilayətində”, - deyə məlumatda bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB