Putin Xarkovu da Rusiya ərazisinə qatır?

Putin Ukraynanın daha bir bölgəsini ilhaq etməyə hazırlaşır...
Putin Xarkovu da Rusiya ərazisinə qatır?

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında məlum oldu ki, Rusiya Federasiyası Xarkov vilayətini ilhaq etməyi planlaşdırır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildirib.

Xarkov vilayətindəki Rusiya işğal hökuməti əhaliyə işğal rejimi üçün rus imperiyasının qoşabaş qartalının təsviri və XVIII əsrin Xarkov gerbindən simvollar olan yeni bayrağı nümayiş etdirib.

Xarkov vilayətinin təsvir və ritorikasından istifadə etməsi aydın şəkildə Rusiyanın ilhaqa hazırlığndan xəbər verir. Müharibənin Öyrənilməsi İnstitutunun ilkin qiymətləndirməsinə görə, Kreml Donetsk və Luqansk vilayətlərini ələ keçirməkdən sonra onun məqsədi daha geniş ərazini ilhaq etmək niyyətindədir.

Bundan əlavə, analitiklər bildirirlər ki, Xarkov vilayətində Rusiyanın dəstəklədiyi işğalçı hakimiyyət Xarkov vilayətinin “Rusiya torpaqlarının ayrılmaz hissəsi” olduğunu bəyan edib və bu, Kremlin çox güman ki, Xarkov vilayətinin bir hissəsini və ya hamısını ilhaq etmək niyyətində olduğunu göstərir.

Müharibənin Öyrənilməsi İnstitutu qeyd edir ki, iyulun 9-da rus qoşunları Xarkov şəhəri yaxınlığında təsdiqlənmiş ərazi qazanmaları əldə etməyib, lakin Ukraynanın əks-hücumlarının qarşısını almaq üçün ehtimal olunan dağıdıcı hücumlara cəhd etməyə davam ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə