Ramzanın ikrahdoğurucu “gülüşü”

Rus saytları Kadırovun Ukrayna hərbçilərinin taktikasına güldüyündən yazır
Ramzanın ikrahdoğurucu “gülüşü”

Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, ukraynalı hərbçilərin taktikası çeçen döyüşçülərini “güldürüb”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “URA.RU” onun Telegram kanalına istinadən xəbər verir.

“Ukraynalı nasistlərin müqavimət göstərmək cəhdləri o qədər gülüncdür ki, bu, döyüşçülərimiz arasında həqiqi gülüşə səbəb olur”. Bunu Kadırov yazıb.

O xatırladıb ki, Rusiya tərəfi bütün Luqansk Respublikası üzərində öz nəzarətini qurub. Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukrayna hərbçiləri ilə döyüşlər zamanı gülüşlərini saxlamaqda çətinlik çəkiblər.

“…Natsiklər, Banderaçılar, bizi hiyləgər və amansızcasına güldürməyin. Bu, çox vicdansızlıqdır!”.

Bunu da Kadırov yazıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Çeçenistan rəhbəri Böyük Britaniyanın baş naziri Boris Consonun istefasını şərh edib. O bildirib ki, Conson postunu “Ukraynada qazandığı çoxlu pulla” tərk edir. “Baş nazir Ukraynaya yardım üçün göndərilən puldan maksimum yararlana bildi və onun bu vəzifədə tutacağı başqa heç nə yoxdur”.

Diqqət yetirin, Kadırovun "dəsti-xəttidir".

Çünki,.. Rusiyanı demirəm, heç dünyanın heç bir yerində kimsə buna cəsarət edə bilməzdi…amma Ramzan edir. Məncə, əsil universallıq budur.

Mənə maraqlıdır, o boyda “məsuliyyətli, böyük dövlət işləri aparan bir şəxs”, görən xırda məsələlərlə məşğul olmağa necə vaxt tapır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə