Kipr sakinləri dövlətin anti-Rusiya sanksiyalarına qoşulması ilə bağlı gələcəklərindən narahatdırlar. Uzun illər turist axınını və ciddi investisiyaları təmin edən Rusiya Federasiyasından iqtisadi cəhətdən asılı olan ölkə əhalisi indiki siyasətin ağır nəticələrindən qorxur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə mətbuat 50 min nəfərlik rusdilli icmanın yaşadığı Limassol şəhərini misal gətirərək yazır.
Əvvəllər bu yer iki ölkə arasında dostluq münasibətlərinin simvolu idisə, indi bu icmanın və bütün şəhərin taleyi “tarazlıqdadır”.
“Ruslar olmadan biz necə olacağıq?" – yerli L'Espresso jurnalının yadığına görə, guya bu hazırda Kipr bazarlarını gəzən bir sualdır.
Rusiya Federasiyasından olan turistlər Kiprin ingilislərdən sonra ikinci ən böyük qonaqları olsalar da, medianın məlumatına görə, tətilə daha çox pul xərcləyənlər məhz ruslar olub. Bundan əlavə, adadakı xarici investisiyaların 25 faizdən çoxu rusiyalı sahibkarların payına düşür.
Avropa İttifaqınin Rusiyaya qarşı gördüyü tədbirlərin qüvvəyə minməsindən sonra Kipr təxminən 600 milyon avro gəlir itirə bilər. Kiçik bir adanın itkiləri, turizm sektorunun nümayəndələrinə görə, digər Avropa ölkələri ilə müqayisədə qeyri-mütənasib şəkildə böyük olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB