Yaponiyada səsvermə başlayıb

Yaponiyanın 47 prefekturasında parlament seçkiləri üçün səsvermə məntəqələri fəaliyyətə başlayıb.

SİA APA-ya istinadən xəbər verir ki, yaponlar parlamentin yuxarı palatasına üzvlər seçirlər.

Müxalif partiyalar keçmiş baş nazir Şinzo Abenin ölümünə görə prosesi təxirə salmaq istəsə də, Baş nazir Fumio Kisida razı olmayıb.

Parlamentn yuxarı palatası 245 deputatdan ibarətdir. Bu gün onlardan 125 yenilənəcək. Digərlərinin mandatı isə 2025-də bitəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə