Döyüşə...ukraynalı qadınlar gedir...

Ukraynada qadınlar kişilərlə bərabər şəkildə səfərbər oluna bilər
Döyüşə...ukraynalı qadınlar gedir...

Ukraynada 2022-ci il oktyabrın 1-dən Müdafiə Nazirliyi ixtisası təsdiq edilmiş peşə siyahısına daxil edilmiş qadınların hərbi qeydiyyatına başlayır.

Yeri gəlmişkən, Ukraynanın hərbi vəzifə və hərbi xidmət haqqında qanununda deyilir ki, sülh dövründə qadınlar yalnız könüllü olaraq Ukrayna Silahlı Qüvvələri sıralarına cəlb oluna bilər. Bunu ötən gün “Kanal 24”-ə danışan hüquqşünas Natalya Feşçik də xatırladıb.

“...Ancaq bu gün hərbi vəziyyətdən danışırıqsa, o zaman ukraynalı qadınları da kişilərlə bərabər şəkildə səfərbər etmək olar”.

Bunu da Feşçik də bildirib.

Ukraynanın ikinci prezidentinin ukraynalı qadınların səfərbərliyi ilə bağlı fərmanını xatırladan hüquqşünas “...biz bu fərmanı təhlil edəndə qadın və kişi arasında gender fərqindən söz düşmür. Burada vahid “hərbi xidmətə çağırışçılar” ifadəsi işlədilir. Yəni de-yure qadınlar bu gün səfərbərlik olunmalıdır”.

Feşçikin sözlərinə görə, bu gün qadınların məcburi səfərbərliyi ilə bağlı bir dənə də olsun xəbər yoxdur. Ona görə də bu gün hərbi qulluqçuların müstəsna olaraq könüllü səfərbərlik və müqavilə xidməti mövcuddur.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar prezident Vladimir Zelenski fevralın 24-də ümumi səfərbərlik elan edib və bu səfər zamanı 18-60 yaş arasında olan bütün hərbi xidmətə cəlb olunan vətəndaşlar hərbi xidmətə çağırıla bilər.

Amma qeyd edək ki, o vaxtdan bəri hərbçilər arasında qadın könüllülərin sayı artıb.

“Fevralın 24-dən bu günə qədər biz 1000-ə yaxın qadını səfərbər etmişik - bunlar könüllü olaraq gəlib xidmət etmək istədiklərini bəyan edənlərdir", - bunu müdafiə nazirinin müavini Anna Malyar telemarafonun efirində deyib.

Qeyd edilməlidir ki, Malyarın sözlərinə görə, 2014-cü ildən indiyədək bir nəfər də olsun qadın məcburi şəkildə hərbi xidmətə çağırılmayıb, yəni onun dediyinə görə, bu gün xidmətə gələn qadınlar öz istəkləriylə xidmət etmək istəyən qadınlardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə