Avropa İttifaqı 27 ölkədən ibarət blokun anti-Rusiya sanksiyalarına riayət etməsinə nəzarəti gücləndirmək niyyətindədir, çünki onların mərkəzləşdirilmiş hüquq-mühafizə departamenti yoxdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
bu barədə Amerikanın “The Wall Street Journal” nəşri məlumat yayıb.
Avropa İttifaqı da ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi kimi, ölkə daxilində və xaricdə sanksiya saxtakarlığına görə maliyyə cəzaları tətbiq edə bilən mərkəzləşdirilmiş icra bölməsi yoxdur. Avropa İttifaqı səlahiyyətliləri milli hökumətlərin qəzəbindən qorxduğu üçün Brüsselin də sanksiyaları pozanları araşdırmaq və müəyyən etmək səlahiyyətləri məhduddur.
…Təbii ki, bunlar rusların gəldiyi qənaətdir və dediklərini “əsaslandırmaq” üçün filan qədər “tanınıb-tanınmamış” “avropalı ziyalını” qabağa verib özlərinin nəfinə “danışdıra bilərlər”.
Amma reallıq budur ki, Qərb ölkələri Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlaması ilə əlaqədar Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, anti-Rusiya sanksiyalarının miqyası kollektiv Qərbin Sovet İttifaqı ilə əvvəlki kimi Rusiya ilə də “real” hesablaşmağa başladığını göstərir.
Rusiya prezidenti Vladimir Putin isə Rusiyaya qarşı məhdudiyyətlər onunla əlaqəli hər şeyə qarşı ayrı-seçkiliyə yönəldiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB