Volodimir Zelenski Ukraynanın beş səfirini geri çağırıb

Volodimir Zelenski Ukraynanın beş səfirini geri çağırıb

Ukrayna Prezident Volodimir Zelenski ölkənin bir sıra səfirlərini vəzifəsindən geri çağırıb. Onların arasında Almaniyadakı diplomatik missiyanın rəhbəri Andrey Melnik də var.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin saytı məlumat yayıb.

Dövlət başçısı Almaniyadan başqa Ukraynanın Macarıstan, Norveç, Çexiya, Hindistandakı səfirlərini də vəzifəsindən azad edib.

Qeyd edək ki, Andrey Melnik Ukrayna səfiri kimi bir neçə qalmaqallı ifadələri ilə yadda qalıb. O, Almaniya kansleri Olaf Şolsu Ukraynaya getmək istəmədiyi üçün "incimiş qaraciyər kolbasasına" bənzədib. Bu açıqlamadan sonra iki ölkə arasında diplomatic qalmaqal yaranmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə