Ermənilər “güclü” dramın ölkədəki inflyasiyanı ləngidəcəyinin əsas şərti kimi görürlər
Erməninin  təskinliyi...

...Yenə də özlərinin dediyinə görə, Ermənistan Respublikasının Mərkəzi Bankı milli valyutaları olan dramın möhkəmlənməsinə müqavimət göstərməyərək, guya bununla ölkədəki inflyasiyanın qarşısını almağa çalışırlar.

...Qiymət artımının isə qarşısını ala bilmirlər.

...Və bu yerdə keçirlər Ermənistan Statistika Komitətinin məlumatlarına...

Deməli, bu ilin iyun ayında Ermənistanda istehlak qiymətləri ötən ilin iyun ayı ilə müqayisədə 10,3, ərzaq məhsulları və alkoqolsuz içkilər üzrə isə 17,1 faiz artıb. Bəs, neyləməli?

Deyim ki, bu gün əksər ermənilər “güclü” dramın ölkədəki inflyasiyanı ləngidəcəyinin əsas şərti kimi görürlər. Onlara görə, dram zəifləməyə başlayanda qiymətlərin nə olacağını təsəvvür etmək belə qorxuludur.

Beləliklə, yenə də qayıdırlar ölkədə artan qiymətlərin dinamikasına və başlayırlar sadalamağa: keçən ildən bu ilin iyun ayına qədər ölkədə ayaqqabı və paltar 10,5, istirahət və mədəniyyət obyektlərinə səfər qiymətləri 14,7, nəqliyyat 9 , kommunal xidmətlər 6,7 faiz bahalaşıb.

Ermənilərə görə, burada ən pisi odur ki, ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında çörək məhsulları və dənli bitkilər 19,9, ət, balıq, süd məhsulları və yumurta 11 faiz bahalaşıb. Meyvələrin qiyməti 16,2, tərəvəzlər isə 45,8 faiz bahalaşaraq, az qala, özləri demiş “delikatesə” çevrilib.

Amma, Sən demə, bütün bunlar heç bir halda ermənilər üçün ən dəhşətlisi deyilmiş.

Qeyd edək ki, Ermənistan Statistika Komitəsinin hesabatında digər ölkələrdə qiymət dəyişiklikləri ilə bağlı məlumatlar verilib.

Görünür İrəvandakı erməni başbilənləri, dünyadakı vəziyyətlə tanışlığın şokda olan erməni cəmiyyətinə sakitləşdirici təsir göstərəcəyini yaxşı başa düşürlər.

...Təbii ki, bununla tanış olan ermənilər, həqiqətən də Ermənistandakı qiymət artımı ən çətin vəziyyətdən hələ xeyli uzaqda olduğunu anlamağa başlayırlar.

Bilirsiniz burada ermənilərə ən çox təskinlik verən nədir: hazırda, təbii ki, müvəqqəti xarakter daşıyan Türkiyədə yaşanan qiymət artımı.

Deyir, “camaata it hürər, bunlara çaqqal”...yəni ermənilər, Türkiyə ilə paralellər aparıb özlərinə təsəlli verirlər.

Deyim ki, unudurlar...yox, onlar Türkiyədə yaşayan nə 60 mindən artıq ermənini, nə də qeyri-qanuni yolla da olsa qonşu ölkəyə çörək ardınca gedən miqrant erməniləri də unutmurlar.

Sadəcə olaraq, paxıllıq, xainlik, qonşu uğurunu gözü götürməzlik... bu millətdə, elə özləri demiş, ana bətnində olarkən formalaşır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə