ABŞ prezidenti Cozef Bayden cümə günü Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldürülməsi ilə əlaqədar Yaponiyanın baş naziri Fumio Kişidaya zəng edəcəyini, həmçinin Yaponiyanın Vaşinqtondakı səfirliyində başsağlığı kitabına qeyd qoyacağını bildirib.
“...Mən hazırkı baş nazirə zəng etməyə çalışdım, lakin gec idi deyə o səhər danışarıq dedi. Mən başsağlığı kitabında qeyd buraxmaq üçün Yaponiya səfirliyində dayanacağam” . SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Bayden bildirib.
Eyni zamanda, Amerika lideri faciənin Vaşinqton və Tokio arasındakı münasibətlərə, eləcə də Yaponiyanın özündə təhlükəsizlik vəziyyətinə ciddi təsir etməyəcəyinə ümid etdiyini bildirib. "Yaponiya çox sabit müttəfiqdir. Və hələ ki, bunu bilməsəm də, bunun Yaponiyanın təhlükəsizliyi və Yaponiyanın həmrəyliyi üçün dərin, sabitliyi pozan təsirləri olacağını düşünmürəm".
Bunu da Bayden bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB