“Twitter” İlon Maskı məhkəməyə verir

“Twitter” İlon Maskı məhkəməyə verir

“Twitter” amerikalı sahibkar İlon Maskı alqı-satqı müqaviləsini ləğv etdiyi üçün məhkəməyə verir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şirkətin direktorlar şurasının rəhbəri Bret Teylor öz hesabında bildirib.

O, sosial şəbəkənin alqı-satqıya məhkəmə yolu ilə müraciət etmək niyyətində olduğunu vurğulayıb. Açıqlamada deyilir: "Twitter, sövdələşməni cənab Mask ilə razılaşdırılmış qiymət və şərtlərlə bağlamağa sadiqdir və birləşmə müqaviləsinin icrası üçün məhkəməyə müraciət etməyi planlaşdırır".

Teylor sosial şəbəkənin məhkəmədə qalib gələcəyinə də əmin olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl iş adamı İlon Mask “Twitter” sosial şəbəkəsini 44 milyard dollara almaqdan imtina etmişdi. Milyarderin məktubunda şirkətin müqavilə öhdəliklərini yerinə yetirmədiyi və Maska onun tələb etdiyi məlumatı vermədiyi qeyd olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə