Papa Kiyevə gedəcək

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən beş ay sonra Roma Papası Fransisk Ukraynaya səfər etmək niyyətindədir. Səfərin avqustda baş tutacağı gözlənilir. “Vatikan News” xəbər verir ki, bunu Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard deyib.

Fransiskin Ukrayna səfərinə hazırlıq onun Kanadaya səfərindən sonra başlayacaq.

Papa əmindir ki, səfər etsə, müsbət nəticələr əldə edəcək. Hazırda Ukraynaya gedəcək papa Moskvaya getməyə və Rusiya hakimiyyəti ilə görüşməyə hər zaman hazır olduğunu da istisna etməyib.

O, hətta Rus Pravoslav Kilsəsinin rəhbəri Kirilllə görüşməyə ümid edir.

Ukraynadakı müharibə və Papanın mövqeyi:

-2022-ci il iyunun 14-də Papa Fransisk Putini dəstəkləmədiyini bildirsə də, xeyirin və şərin harada olduğunu göstərməkdən imtina edib.

-İyunun 29-da Roma Papası Kremençuq şəhərində ticarət mərkəzinə hücumu pisləyib.

-30 iyun 2022-ci ildə Roma Papası dolayısı ilə Rusiya Federasiyasını imperializmdə ittiham etdi.

...Və 2022-ci il iyulun 4-də Papa Moskva və Kiyevə səfər etmək istədiyi barədə məlumat meydana gəlidi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə