Erməni əsilli amerikalı iş adamı Den Bilzeriyan Ermənistan iqtisadiyyatına investisiya yatıracağına dair heç bir vəd verməsə də, müxtəlif layihələr müzakirə olunur. Bu barədə “Hraparak” qəzeti iqtisadiyyat naziri Vaan Kerobyana istinadən yazır.
Daha əvvəl Ermənistana gələn “poker kralı” Bilzeriyan Kerobyanla görüşüb. Daha sonra hökumət iclası kənarında nəşr nazirdən Bilzeryanın investisiyalarla bağlı hansı vədlər verdiyini soruşub. "Mən heç bir vəd verməmişəm, amma layihələr müzakirə olunur", - İqtisadiyyat Nazirliyinin rəhbəri cavabında bildirib.
Qeyd edək ki, Bilzeriyan ilk dəfə 2018-ci ildə Ermənistan pasportu alaraq Ermənistana səfər edib. Daha sonra o, Qarabağa da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB