Yaponiya ictimai televiziyasının məlumatına görə, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe iyulun 8-i cümə günü ona qarşı sui-qəsd cəhdindən sonra vəfat edib. SİA Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsinin sözlərinə istinad edərək xəbər verir ki, Abe sui-qəsd cəhdindən sonra xəstəxanaya yerləşdirildiyi Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.

Şinzo Abeyə hücum iyulun 8-də səhər Nara şəhərində küçədə çıxışı zamanı baş verib. Siyasətçi yaralanıb və huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Prefektura yanğınsöndürmə idarəsi Yaponiyanın keçmiş baş nazirinin "ürək və ağciyər dayanması vəziyyətində" olduğunu bildirib.

Qeyd edək ki, Yaponiyada klinik ölümü belə adlandırır, bunu xilasedicilər deyil, yalnız həkim təsdiqləyə bilər.

Yaponiyanın müdafiə naziri və keçmiş baş nazirin qardaşı Nobuo Kişi bildirib ki, Abeni xilas etməyə çalışan həkimlər ona qan köçürüb.

Hücum edənin Yaponiya Hərbi Dəniz Qüvvələrində xidmət edən 41 yaşlı yapon Tetsuya Yamaqami olduğu üzə çıxıb. Saxlanılan şəxs siyasətçidən “narazı olduğunu” və “onu öldürmək istədiyini” deyib.

Keçmiş Baş nazirin xanımı xəstəxanaya tələsir

Bütün xəbərlər Facebook səhifəmizdə