Keçi sosial mediada fenomenə çevrilib

Keçi sosial mediada fenomenə çevrilib

Pakistanın Kəraçi şəhərində yaşayan keçi Simba hər biri 54 santimetr olan qulaqları ilə məşhurlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Simba şöhrəti sayəsində gözəllik müsabiqələrinin qalibi olub. Məşhur keçini yetişdirən Məhəmməd Həsən Nareco keçisinin qulaqlarını yazdırmaq üçün "Ginnesin Rekordlar" kitabı ilə əlaqə saxladığını bildirib. Hazırda “dünyanın ən uzunqulaqlı keçisi” üçün rekord kateqoriya yoxdur, ona görə də Simbanın qulaqlarının həqiqətən rekordu qırıb-qırmadığını bilmək mümkün deyil. Amma o, rekord qırıb-qırmasa da hazırda Pakistanda sosial mediada məşhurdur.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə