Ukrayna prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibəsində bildirib ki, Kiyev Rusiyanın xeyrinə ərazi güzəştlərinə razılaşmaq niyyətində deyil.
SİA bu barədə rus saytlarına istinad edir.
Ukrayna lideri vəziyyətin Kiyevin regionların bir hissəsindən çıxması ilə həll oluna biləcəyi ehtimalını rədd edib. “Ukraynalılar öz torpaqlarını verməyə hazır deyillər”.
Dövlət rəhbəri bunu əminliklə bildirib.
Zelenski Kiyevin bu mövqeyini daim təkrarladığını xatırladıb və əlavə edib ki, o, buna sadiqliyini sübut etməyə hazırdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB