Erməni iqtisadçıları etiraf edirlər...
...Əgər bu gün Ermənistanda iqtisadi artım hələ də məqbul səviyyədədirsə, deməli, bu Rusiyadan və digər respublikalardan on minlərlə köçərinin Ermənistan gəlməsi və müvafiq olaraq onlara xidmət göstərən xidmət sektorunun ikirəqəmli artması ilə əlaqədardır. Deyim ki, qəbul edilən etirafdır.
Amma ermənilərin başqa bir etirafı da var...
...Təəssüf ki, eyni şeyi real sektor, yəni Ermənistanın sənaye və kənd təsərrüfatı haqqında demək mümkün deyil.
...Gəlin ondan bşlayaq ki, Rusiya-Ukrayna münaqişəsinin başlaması səbəbindən müəyyən sayda şirkət və mütəxəssislər üzləşdikləri sanksiya çətinlikləri ilə bağlı Rusiya və Belarusu tərk edərək Ermənistana kəliblər. Deyim ki, əli boş da gəlməyiblər. Hazırda ermənilər üçün, müvəqqəti də olsa, “qonşuda bişər bizə də düşər” prinsipinə uyğun şərait yaradıblar.
Zarafat bilməyin, rəsmi məlumatlara görə, təkcə aprel ayına qədər 50 minə qədər insan Ermənistana gəlib, 20 mindən çox bank hesabı açılıb, 1500-ə yaxın şirkət qeydiyyatdan keçib.
Deyim ki, elə bunların tör-töküntüləri ermənilərin “başından girib ayağından çıxar”. Amma ermənilər yenə də narazıdırlar? Əslində, görmədikləri günə düşüblər. Buna baxmayaraq, aralarında yaranmış şəraitdən bəhrələnməyi məsləhət görənlər də var. Məsələn, iqtisadçı ekspert Hrant Mikaelyan yerlilərinə irad bildirir. Onları hələ də Ukrayna böhranı nəticəsində yaranan imkanlardan tam istifadə edə bilməməkdə günahlandırır.
Mikaelyana görə, əgər bu gün ermənilər Ermənistana gələn Rusiya kapitalı və Rusiya vətəndaşları üçün cəlbedici şərait yaratsalar, o zaman həmən iş adamları ömürlük olara “lövbər salıb” bu ölkədə qala bilərlər.
...Amma, deyim ki, bu elə də inandırıcı görünmür. Niyə? Xatırladım ki, Nikol hakimiyyətinin ilk dövrlərində o xaricdəki erməni iş adamlarını “tarixi vətənlərinə” sarəmayə yatırmağa çağırış etmişdi. Yadımdadır, həmən çağırışa səs verib, Ermənistana sərmayə yatıranlardan biri də indi adımı unutduğum Fransada yaşayan iş adanı olan erməni qadınlarından biri idi. Deyim ki, sonradan İrəvandakı ermənilər onu elə aldatmışdılar ki, qadın Fransaya borc tapıb qaça bilmişdi.
...Onu da deyim ki, həmən məsələ sonradan xeyli danışıldı. Belə ki, həmən erməni qadın İrəvanda başına gətirilənləri nümunə kimi göstərərək, tanıdığı iş adamlarını Ermənistana sərmayə qoymamağa, sərmayə qoyanları isə ermənilərlə ehtiyatlı olmağa çağırmışdı.
...İndi, Siz deyin, erməni qadını aldadan erməninin rus və ya belarus iş admını aldatmayacağına kim zəmanət verə bilər?
...Beləliklə, qayıdaq ermənilərin hazırda tənəzzül keçirdiyi sənaye və kənd təsərrüfatı sahələrinə...
Əvvəla qeyd edək ki, Paşinyanın həmişə fəxrlə bəyan etdiyi mədənçıxarma sektoru bu gün ən ağır günlərini keçirir. Belə ki, Ermənistanın Statistika Komitəsinin son məlumatlarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə, yəni 5 ay ərzində mədənçıxarma sənayesi 12 faizdən çox itki verib.
Yəni istisnasız olaraq bütün metal konsentratlarının istehsalı azalıb: mis - 16,6 faiz, sink - 8,7 faiz, molibden - 5,3 faiz və s.
Ermənilərin etirafına görə, azalma hər ay artmaqdadır. Belə ki, polad boruların istehsalı 30 faiz, alüminium folqa isə 4,7 faiz azalıb.
Maraqlıdır ki, ermənilər ölkə sənayesinin guya flaqmanı olan mədənçıxarma sənayesinin bu səviyyəyə düşməsində təkcə Nikolu günahkar görürlər.
O da maraqlıdır ki, bu gün Ermənistanda iqtisadiyyatın emal sektorunda cüzi artımdan danışılsa da, amma kimya və əczaçılıq məhsulları, elektrik avadanlıqları və elektro-optik cihazların istehsalı əvvəlki illərlə müqayisədə aşağı düşdüyü etiraf edilir.
Təbii ki, belə olan halda ermənilərin ümidi məcburiyyət üzündən Ermənistana üz tutan şirkətlərə qalıb. Maraqlıdır ki, ermənilər həmən şirkətlərin uzun müddət Ermənistanda qalıb işləyəcəklərinə ümid edirlər. Deyilənə görə, guya son zamanlar Paşinyan hökuməti də həmən şirkətlərə maksimum dəstək verməyə başlayıb.
Bu arada Ermənistanın iqtisadiyyat nazirinin müavini Armen Arzumanyanın sözlərinə görə, guya ekosistem və ətraf mühit də gəlmə şirkətlərə ölkədə qalıb və inkişaf etməyə imkan verir.
“... Biz özümüzü bu və ya digər vəziyyətdən istifadə etməyə çalışan ölkə kimi mövqeləndirmək istəmirik, biz bilik tutumlu iqtisadiyyatın inkişaf etdirilməsi strategiyasını izləyirik. Ermənistan investisiya üçün əla yerdir”.
... Arzumanyanın dediklərinə bəlkə də inanmaq olardı, amma Ermənistana sərmayə yatırıb sonradan müflis olan iş adamlarının sonrakı aqibəti yada düşəndə bu inam o dəqiqə yox olur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB