Polşa parlamentinin aşağı palatası (Seym) İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında protokolları ratifikasiya edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İsveçin NATO-ya daxil olmasını səs verən 442 parlamentarinin hamısı dəstəkləyib.
Finlandiyanın NATO-ya qəbulu ilə bağlı səsvermədə isə 442 nəfərdən biri əleyhinə, biri isə bitərəf qalıb.
İndi Seymin qəbul etdiyi qərarlar baxılmaq üçün Senata (parlamentin yuxarı palatası) göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB