Böyük Britaniyanın baş naziri Boris Consonun istefası NATO-nun Ukraynaya dəstək fəaliyyətinin davam etdirilməsinə təsir etməyəcək.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
“Böyük Britaniya ilə müttəfiqliyimiz güclü olaraq qalır. Madriddə keçirilən NATO-nun tarixi sammitində iştirakçılar Ukraynanı dəstəkləməyə davam etmək barədə razılığa gəliblər və bu, dəyişməyəcək”, -deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Boris Conson Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri postlarını tərk etmək qərarını açıqlamışdı. Onu da bildirək ki, Conson yeni seçkilərə qədər Böyük Britaniya hökumətinə və Mühafizəkarlar Partiyasına rəhbərlik etmək niyyətindədir. O, həmçinin yeni partiya və hökumət rəhbərinə maksimum dəstək vəd edib.
Yeri gəlmişkən, Consonun varisi Britaniyanın müdafiə naziri Ben Uolles ola bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB