“Vitol” da “Vostok Oil”dan çıxdı

“Vitol” da “Vostok Oil”dan çıxdı

...Ən böyük neft treyderi “Vitol” Rusiyanın “Vostok Oil” layihəsindən çıxmaq qərarını açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu

barədə “The Guardian” şirkətin bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, “Vitol” öz payını satır və hüquqi məsələlərin həlli prosesindədir. Qeyd edək ki, şirkət 2022-ci ilin yanvar ayından etibarən Rusiyadan neft və neft məhsullarının tədarükünü təxminən 80 faiz azaldıb. Deyilənə görə, şirkət bu prosesi davam etdirmək niyyətindədir.

Yeri gəlmişkən, bundan əlavə, sinqapurlu treyder “Trafigura” da “Vostok Oil”dan çıxmaq niyyətini açıqlayıb. 2020-ci ildə o, layihədə 10 faizlik payı “Rosneft”dən 7 milyard avroya alıb və Rusiya layihəsindəki 5 faizlik payı həmin ilin oktyabrında “Vitol” və “Mercantile & Maritime” konsorsiumuna satılıb.

Hələ aprel ayında bildirilmişdi ki, “Vitol Group” ilin sonuna qədər Rusiya nefti ilə ticarəti dayandırmağı planlaşdırır. Cenevrədə yerləşən firmanın məlumatına görə, ikinci rübdə cari müqavilə öhdəlikləri azaldıqca, “Vitol” tərəfindən Rusiyadan emal olunan neftin həcmi də əhəmiyyətli dərəcədə azalacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə