...Gərək ki, eşitmiş olarsınız, Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə Rusiyanın guya Ukraynada hələlik ciddi heç nəyə başlamadığını deyib.
Rusiya rəhbərinin dediyindən belə başa düşülür ki, guya ruslar artıq beş aymış ki, ukraynalılarla “məzələnirmişlər”.
Maraqlıdır, bəs, Ukraynada öldürülən, deyilənə görə artıq qeyri-rəsmi sayı hələ də müxtəlif rəqmlərlə səsləndirilən rus əgərləri də bu “məzənin” hissələrindəndir?
Bəs, Rusiyanın ayrı-ayrı bölgələrində öz övladlarını Ukraynaya- ölümə göndərməmək üşün ayağa qalxan rusiyalı anaların etirazlarına nə deyək? Bu da “məzədir”?
...Hələ ki, mən bəzi nüansların üstündən keçirəm...
...Amma Rusiya liderinin çıxışnda maraqlı, deyərdim ki, diqqətçəkən məqamlardan biri də onun Rusiya siyasətçilərinə onların “vətən haqqında düşünməyə çağırışıdır. Putin ölkədə “çoxlu siyasi partiyalar olsa da, amma Rusiya birdir” -deyir.
Təbii ki, burada rus təmsilşisi İvan Krılovun arabanı müxtəlif yerə cəkən “Sazəndələr”i yada düşür. Amma, deyəsən, bunlar təzə doğulan sazəndələrdir.
...Deyəsən, Vladimir Vladimiroviç Ukraynanı indi də bu yolla “qorxutmaq” qərarına gəlib?
Bunu isə ukraynalılar deyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB