Conson istefa verdi! - Baş nazir kim olacaq?

Conson istefa verdi! - Baş nazir kim olacaq?

İngiltərədə baş nazir Conson siyasi böhrana bir gün dözə bildi, kameralar qarşısında Mühafizəkarlar Partiyasının liderliyindən getdiyini açıqladı. SİA xarici mənbələrə istinadla xəbər verir ki, Conson partiyası yeni baş nazir seçənə qədər vəzifəsini icra edəcək. Bununla belə, artıq kulislərdə yeni baş nazir namizədləri haqqında danışılmağa başlayıb.

Dünyanın danışdığı istefa və yeni baş nazir üçün məşhur adlar...

Beş nazir də daxil olmaqla 50-dən çox hökumət rəsmisinin istefasından sonra istefaya getməsi üçün böyük təzyiq altında olan Böyük Britaniyanın baş naziri Boris Conson hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib. Conson partiyanın yeni lideri seçilənə qədər vəzifəsində qalacağını açıqlayıb.

İngiltərə Baş naziri Conson istefası ilə bağlı kameralar qarşısında açıqlama verib. Televiziyalar tərəfindən canlı yayımlanan ayaqüstü mətbuat konfransında Baş nazir bildirib ki, Mühafizəkarlar Partiyasının qərarı ilə həm partiyanın yeni lideri, həm də yeni bir baş nazir müəyyənləşdiriləcək: "Biz vədlərimizə əməl etdik, xoşbəxtik və qürur duyuruq. Biz Rusiya müharibəsinə qarşı qətiyyətli mövqeyimizlə fəxr edirik. Britaniya xalqına təşəkkür edirəm. Baş nazir olmaq özü bir təhsildir".
Dövrünün bitdiyini təsdiqləyərkən optimist tonda danışmağa çalışan Consonu həyat yoldaşı Kerri, körpə Romi və onların köməkçiləri izləyib. Britaniyalı siyasətçi hədəf aldığı tənqidlərlə yanaşı, nailiyyətlərinə də diqqət çəkib. Ailəsinə "hər şeyə dözdüyü" üçün təşəkkür edən Conson, "Gələcəyimiz qızıldır" deyərək sözünü tamamladı.
Ehtimal olunur ki, payıza qədər Consonun yerinə yeni lider seçiləcək, bundan sonra Conson baş nazir kreslosunu yeni liderə təhvil verəcək.

Mühafizəkarlar Partiyasının qanunvericiləri deyirlər ki, Conson müvəqqəti baş nazir kimi fəaliyyət göstərəcəyinə dair zəmanət vermək şərti ilə payıza qədər vəzifəsində qala bilər.

İndiyədək istefalarını elan edən nazirlər:
• Rişi Sunak, Maliyyə Naziri
• Səhiyyə Naziri Sacid Cavid
• Uels üzrə dövlət katibi Simon Hart
• Brandon Lewis, Şimali İrlandiya üzrə Dövlət Naziri
• Təhsil Naziri Mişel Donelan

Boris Consonun Mühafizəkarların lideri vəzifəsindən istefa verməsi onu kimin əvəz edə biləcəyi ilə bağlı çoxlu müzakirələrə səbəb oldu. Baş naziri istefaya çağıran adlar arasında 24 saat əvvəl Maliyyə Nazirliyinə təyin olunmuş Nadim Zahavi də var. Consonun çərşənbə gecəsi bütün bu təzyiq altında istefa vermədiyi üçün "Donald Trump kimi" davrandığına dair şərhlər var.

Conson iyunun 6-da partiyasının parlament qrupunda keçirilən etimadsızlıq səsverməsində 148 əleyhinə 211 səslə qalib gəlib. Bununla belə, Mühafizəkarlar Partiyasının 359 deputatının 40 faizindən çoxunun Consonun istefa verməsini istəməsi İngiltərə baş nazirinin daxili siyasətdə çətin günlərini gözləməsi kimi şərh edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə