Rusiya prezidenti Vladimir Putin Donbass və Ukraynadakı müharibənin kollektiv Qərb tərəfindən alovlandırıldığını bildirib. “Bizə deyirlər, bu gün eşidirik ki, biz Donbassda, Ukraynada müharibəyə başlamışıq. Xeyr, həmin kollektiv Qərb bunu 2014-cü ildə Ukraynada konstitusiyaya zidd silahlı çevriliş təşkil edərək və dəstəkləməklə, sonra isə Donbasda insanlara qarşı soyqırımı təşviq edib bəraət qazandırmaqla ortaya çıxarıb. Bu gün kollektiv Qərb baş verənlərin birbaşa təhrikçisi, günahkarıdır”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, ABŞ başda olmaqla kollektiv Qərb onilliklər ərzində Rusiyaya qarşı aqressiv olub.
“Avropada bərabər təhlükəsizlik sisteminin yaradılması ilə bağlı təkliflərimiz rədd edildi, raketdən müdafiə məsələsində birgə işləmək təşəbbüsləri rədd edildi, NATO-nun genişlənməsinin, xüsusən də keçmiş sovet respublikalarının hesabına qəbuledilməzliyi ilə bağlı xəbərdarlıqlar rədd edildi. məhəl qoymadılar”, - deyən Putin əlavə edib ki, “...Əgər Qərb Rusiyaya qarşı, ölkəmizi cilovlamaqda yeni mərhələyə keçmək üçün münaqişəni qızışdırmaq istəyirdisə, demək olar ki, müəyyən dərəcədə buna nail oldular. Müharibə başladı və sanksiyalar tətbiq olundu”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB