Tayvan müharibəyə hazırlaşır

Təxminən 5 aydır ki, dünya Rusiya və Ukrayna arasında müharibənin içində qalsa da, Çin və Tayvan arasında gərginlik artmağa davam edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tayvanın öz torpaqlarına aid olduğunu iddia edən Çinin ola biləcək bir işğal və hücumundan qorxan tayvanlılar “Ukraynalılardan ilham aldıq” deyərək yeni hərbi hazırlıqlara başlayıb.
Tayvanın Çin ərazisi olduğunu iddia edən Pekin Tayvan boğazını da öz ərazi suları daxilində hesab edir. Həm Çin, həm də Tayvan bir-birinin ərazi sularını pozur və döyüş təyyarələri ilə təqib uçuşları həyata keçirir.
Qeyd edək ki, təxminən 24 milyon əhalisi olan Tayvanın öz konstitusiyası və demokratik yolla seçilmiş liderləri var. İnzibati cəhətdən ölkə 4 rayon, 5 xüsusi idarə və 17 əyalətdən ibarətdir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə