Şotlandiyanın referendum tələbi rədd edildi

Böyük Britaniya hökuməti Şotlandiyanın ikinci müstəqillik referendumu tələbini rədd edib. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra Şotlandiyada ikinci referendumun hazırlıqlarına başlanılıb və Şotlandiyanın Baş naziri Nikola Stercen ölkənin müstəqilliyi üçün 2023-cü il oktyabrın 19-da ikinci referendumun keçirilməsinə rəsmi razılıq verilməsi üçün Böyük Britaniyanın Baş naziri Boris Consona məktub yazıb. Xəbər verilir ki, Baş nazir Boris Conson Şotlandiyanın Böyük Britaniyadan ayrılaraq müstəqil ölkə olmasına imkan verəcək ikinci müstəqillik referendumunun keçirilməsi ilə bağlı Stercenin tələbini rədd edib.

O bildirib ki, ölkənin daxildə və xaricdə misli görünməmiş problemlərlə üzləşdiyi bir vaxtda, 2014-cü ildə Şotlandiya xalqının aydın şəkildə cavablandırdığı suala qayıtmağın vaxtının gəlmədiyini düşünür.

Xatırladaq ki, Şotlandiyada 2014-cü ildə müstəqilliklə bağlı referendum keçirilsə də, seçicilərin 55 faizi Böyük Britaniyanı tərk etməkdən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə