Yanukoviç: "Son ukraynalı qalana qədər döyüşməkmi istəyirsiniz?"

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç həmvətənlərinə müraciət edib. O, xalqı sülh və ya müharibənin davam etdirilməsini istədiklərinə qərar verməyə çağırıb. Keçmiş prezident Kiyev hakimiyyətini təcrübəsiz və avantürist adlandırıb.

O, Ukraynanın hazırkı hakimiyyətini daimi "qələbələr" haqqında yalan danışmağı dayandırmağa və vətəndaşların fikirlərini dinləməklə ölkədəki vəziyyəti adekvat qiymətləndirməyə çağırıb: "Mənə elə gəlir ki, bu gün hər zamankindən daha çox vəziyyətin adekvat qiymətləndirilməsi və Ukrayna vətəndaşlarının ən müxtəlif fikirlərinə hörmət tələb olunur. Vətəndaşlar özləri seçim etməlidirlər - sonuncu Ukrayna vətəndaşı qalana qədər mübarizə aparmaq və yaxud kimizə xilas etməyə çalışmaq".

Yanukoviçin sözlərinə görə, ukraynalıların həyatını xilas etmək və ölkənin gələcəyini qorumaq üçün konstruktiv təklifləri olan hər kəsə danışmaq imkanı vermək vacibdir.

Qeyd edək ki, mayın 23-də Kiyev məhkəməsi Viktor Yanukoviç barəsində həbs-qətimkan tədbiri seçib. Ukrayna prokurorluğunun məlumatına görə, 2010-cu il aprelin 21-də Yanukoviç dövlət adından Rusiya Federasiyası ilə Rusiyanın Qara dəniz donanmasının Krımda qalma müddətini 25 il uzatan müqavilə imzalayıb.

2019-cu ildə məhkəmə Yanukoviçi qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda məhkəmə onun əmlakına həbs qoyulmasını qüvvədə saxlayıb. Əvvəllər o, dövlətə xəyanətdə, eləcə də ölkə sərhədinin dəyişdirilməsində və müharibənin aparılmasında şərik olmaqda təqsirli bilinib.

Yanukoviç 2014-cü ildə Ukrayna prezidentliyindən uzaqlaşdırılıb. 2017-ci ildə məhkəmə Yanukoviçə qarşı dövlətə xəyanət işinə mahiyyəti üzrə baxmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...