NATO Polşaya kömək etməyəcək?

Polşa Seyminin keçmiş deputatı Mateuş Piskorski Ukrayna.ru-ya bildirib ki, Şimali Atlantika Alyansındakı müttəfiqlər müstəqil şəkildə Ukraynaya qoşun yeridərsə və Rusiya ilə birbaşa hərbi toqquşma təhlükəsi altında olarsa, Varşavaya kömək etməyəcəklər.

SİA bu barədə rus saytlarına istinad edir.

Onun sözlərinə görə, hətta Polşanın ən yaxın müttəfiqləri də Varşavanın sülhməramlı missiya adı altında keçmiş Sovet respublikası ərazisinə hərbi qulluqçular göndərmək ideyasını dəstəkləməyiblər.

Çexiya hətta açıq şəkildə qeyd etdi ki, sülhməramlılar münaqişə zonasına zamanında deyil, döyüş əməliyyatları başa çatdıqdan sonra gətirilir.

“Heç kimin polyakları xüsusi olaraq müdafiə etməyəcəyini nəzərə alsaq, belə bir münaqişənin nəticələri nə olardı? Mən NATO tərəfdaşlarını nəzərdə tuturam. Onlar bu girişi yalnız Polşanın təşəbbüsü kimi qəbul edərdilər, NATO-nun yox” deyən Piskorski xatırladıb ki, Varşava üçün təhlükə Moskvanın bütün Ukrayna ərazisində xüsusi hərbi əməliyyat keçirməsidir və Polşa qoşunlarının hətta ölkənin qərb bölgələrinə yeridilməsi Rusiya Federasiyası ilə açıq münaqişə demək olardı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə