Xorvatiyanın xarici borcu illik ifadədə 4 faiz artıb

Xorvatiyanın xarici borcu illik müqayisədə 4 faiz artaraq 45,2 milyard avroya çatıb və ÜDM-in 76,7faizini təşkil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Xorvatiya Milli Bankının dərc etdiyi məlumatlarda göstərilib.

Eyni zamanda bank qeyd edib ki, aylıq olaraq borcun səviyyəsi 99 milyon avro azalıb. Lakin 2021-ci ilin sonu ilə müqayisədə borc 631 milyon avro və ya 1,4 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə