Pentaqon Rusiya və Çini hava şarlarından izləmək istəyir

"Politico" departamentin büdcəsi ilə bağlı sənədlərə istinadən yazır ki, Pentaqon Rusiya və Çindən gələn hipersəs silahlarına nəzarət və onlara qarşı mübarizə vasitələrindən biri kimi hava ilə doldurulan təyyarələr hazırlayır.

SİA bu barədə rus saytlarına istinad edir.

Nəşrin məlumatına görə, son iki ildə Pentaqon təyyarələrin yaradılması layihələrinə təxminən 3,8 milyon dollar xərcləyib. Büdcə sənədləri layihəsinə əsasən, 2023-cü maliyyə ilində bu məqsədlər üçün 27,1 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulur.

Nəşr onu da qeyd edir ki, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin raket əleyhinə müdafiə layihəsinin direktoru Tom Karako 18-27 km hündürlükdə yerləşə bilən günəş panelləri ilə təchiz olunmuş şarlar və digər oxşar cihazları “uzun- müddətli, çoxfunksiyalı və manevrlidir." Onlar ənənəvi təyyarələrin və peyklərin gördüyü işi tamamlaya bilər, eyni zamanda qurmaq və işə salmaq üçün daha az vaxt və pul tələb edir.

“Politico” xatırladır ki, Pentaqon “uzun illərdir” məlumat toplamaq, quru qoşunlarını rabitə ilə təmin etmək və peyklərlə bağlı problemləri həll etmək üçün yüksək hündürlükdə hava şarlarını və pilotsuz uçuş aparatlarını sınaqdan keçirir. Xüsusilə, hələ 2019-cu ildə agentlik narkotik vasitələrin qanunsuz dövriyyəsini izləmək üçün 25 balon buraxıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...