Rusiyaya qarşı sanksiyalar bumeranq rolunda?

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı artıq beşinci aydır ki, davam edir. Qərb liderlərinin Moskvaya qarşı tətbiq etdikləri misli görünməmiş sanksiyalar nəinki Kremlin döyüş maşınına təsir etməyib, əksinə Qərb ölkələrinin iqtisadiyyatına zərər vurmaqdadır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Amerikanın “The Hill” nəşrinin köşə yazarı Brahma Çellani deyib.

Beləliklə, müəllifin fikrincə, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının nəticələri ucuz neft və qaz dövrünü başa vurdu və inflyasiyanın artmasına, tədarük zəncirlərinin pozulmasına və Qərbdə yaxınlaşan tənəzzülünə səbəb oldu.

Bununla yanaşı yanacaq və ərzaq qiymətlərinin artması səbəbindən kasıb ölkələrdə vətəndaşların sağ qalmasına, siyasi sabitliyə təhlükə yaradır.

Maraqlıdır ki, müəllif hədəf ölkənin ölçüsü və imkanları nə qədər böyükdürsə, sanksiyaların adətən bir o qədər az çəkindirici təsiri barədə məlum məsələni xatırladır.

...Qərbin indi başa düşdüyü kimi, böyük və qüdrətli bir dövlətə qarşı məhdudiyyətlər nəinki qadağalar tətbiq edən ölkələr üçün əhəmiyyətli xərclərə səbəb olur, həm də onları tətbiq etməkdən imtina edən dövlətlər üçün “hədiyyə” olur.

Məqalə müəllifi hesab edir ki, sanksiyalar Moskvaya yüksək qiymətli enerji ixracından gözlənilməz gəlir gətirib. Ona görə də, Qərbin tətbiq etdiyi heç bir “tavan” və məhdudiyyətlər buna təsir edə bilməz.

Brahma Çellani iddia edir ki, Qərb gücünün sərhədləri bu gün getdikcə daha aydın görünür. İqtisadi güc şərqə doğru irəlilədikcə, Qərbin fərq yaratmaq üçün hər zamankindən daha çox geniş beynəlxalq tərəfdaşlara ehtiyacı var.

Lakin qeyri-Qərb dünyasının əksəriyyəti ABŞ-ın sanksiya kampaniyasına qoşulmayıb. Müəllif nümunə üçün İsrail və Körfəz ölkələrinin NATO ilə Rusiya arasındakı münaqişədə tərəf tutmaqdan imtina etdiklərini göstərir.

Köşə yazarının qənaətincə, ABŞ üçün əsas dərs odur ki, prezident Baydenin ciddi iqtisadi sanksiyalar tətbiq edib hədələməsi nə Moskvanın qarşısını ala bildi, nə də bu sanksiyalar hərbi əməliyyatın gedişatına təsir göstərə bildi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə