Cari ilin iyun ayında Gürcüstanda inflyasiyanın artım səviyyəsi may ayı ilə müqayisədə 0,2 faiz, illik inflyasiyanın səviyyəsi isə 12,8 faiz təşkil edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilir ki, 2021-ci illə müqayisədə ərzaq və alkoqolsuz içkilərin qiyməti 21,8 faiz artıb.
Çörək və çörək məhsulları, 35 faiz, tərəvəz 33,4 faiz, meyvə və giləmeyvə 31,8 faiz, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr 24 faiz, süd, pendir və yumurta 19,5 faiz, qəhvə, çay və kakao 18 faiz, balıq 17,9 faiz, şəkər, mürəbbə və digər şirniyyatlar 16 faiz, yağ və piy 14,9 faiz, ət və ət məhsulları 11,3 bahalaşıb.
Bununla yanaşı, nəqliyyat qrupunda qiymətlərdə 19,4 faiz, -mənzil, su, işıq və təbii qazın istehlak qiymətlərində 13 faizlik artım qeydə alınıb.
Bununla belə iyun ayında kök, limon, banan, sarımsaq, bibər və armudun qiyməti 0,7 faizdən 9,6 faizədək ucuzlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB