Deyirlər,.. gələn il “yaxşı gələcək..?”

...bəzi etmənilər sosial müdafiənin heç vaxt hazırkı hökumətin prioritetlər siyahısında olmadığını deyirlər
Deyirlər,.. gələn il “yaxşı gələcək..?”

Deməli,bu yaxınlarda Ermənistan hökuməti 2023-2025-ci illər üçün dövlət ortamüddətli xərcləri proqramını təsdiqləyib. Əslində, bu gözəl proqramdır. Erməni hökunət rəsmilərinin təbirincə desək...2022-2026-cı illər üçün yenidən işlənmiş borcun azaldılması proqramı.

Bunu erməni baş nazir Nikol Paşinyan da bildirib. Onun dediyinə görə, guya bu proqram dövlət büdcəsinin xərclərinin və gəlirlərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

Bunun tərifini deyib, sonradan ölkədəki pensiyaların artırılmasından danışan Nikol Paşinyan erməniləri əmin edərək bəyan edib ki, bu bizim sonrakı fəaliyyət proqramımızda da yazılıb. Yəni 2023-cü il yanvarın 1-dən pensiyalar da artırılacaq. Hələ bundan əlavə, əməkhaqlarında da artım olacaq. Belə ki, minimum əmək haqqının 68 min dramdan 75 min drama yüksəldilməsi nəzərdə tutulur.

Təbii ki, bütün bunlar çox yaxşı. Amma, görən, bu bəzi erməniləri qane edirmi?

Məsələn, onlar, yəni, dediyim kimi, bəzi ermənilər pensiyaların nə qədər qaldırılacağı barədə məlumatsız olduqlarına görə, onun üstündən sükutla keçsələr də, amma nə vaxtsa artırılacaq əmək haqqlarına irad bildirməkdən özlərini saxlaya bilmirlər. Bilirsiniz iradları nədir? Deyirlər ki, indiki dövrdə əmək haqqına artırılacaq 7 min dram guya çox azdır.

Səbəb də göstərib deyirlər ki, ötən il rəsmi məlumata görə, Ermənistanda minimum istehlak səbətinin həcmi minimum əmək haqqını ötüb. Yəni onda minimum əmək haqqı 68 min dram idisə, 2021-ci ildə istehlak səbəti 70 min dram olub.

Belə ki, erməni ekspertlərin fikrincə, bu gün bu boşluq daha da təsiredici olub. Yəni səbətin qiyməti 76 min drama qalxıb. Buna səbəb təbii ki inflyasiyadır. Yəni artan inflyasiya minimum əmək haqqı da daxil olmaqla hər şeyi yeyir.

...Ona görə də, ökədə minimum əməkhaqqı ən azı 100 min drama qədər artırılmalıdır.
Amma Paşinyan yox, onun səlahiyyətliləri and-aman edib deyirlər ki, ölkənin bu günkü maliyyə imkanları ilə bunu etmək qeyri mümkündür. Yəni bu mümkün deyil!

Deyim ki, dediyim o bəzi ermənilərin də cavabları elə bil ovuclarının içindədir. Onlar da deyirlər ki, necə olur, Nikol hökuməti ölkənin polisinə, Milli Təhlükəsizlik Xidmətinə əməkhaqqı üçün milyonlar ayırır, amma sadə ermənilərə gələndə maliyyə imkanı olmur?

Amma deyim ki, Paşinyan hökuməti də, deyəsən, bütün bunlara “hazırlıqlı” gəlib. Belə ki, onlar ermənilərə bolluca ümid verib, gələn il Ermənistanda guya hər şeyin yaxşı olacağını, yəni daha yaxşı vaxtların gələn il gələcəyini deyirlər.

Qəribədir ki, ermənilər, nədənsə, buna inanmaq istəmirlər. Dediyim o bəzi etmənilər isə sosial müdafiənin heç vaxt hazırkı hökumətin prioritetlər siyahısında olmadığını deyərək , gələn, elə o biri il də nəyinsə yaxşılığa doğru dəyişəcəyinə inanmırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə