Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib ki, Kreml Kalininqrada yüklərin tranziti ilə bağlı vəziyyətin tənzimlənməsini gözləyir, lakin blokadanın davam edəcəyi təqdirdə də ssenarilər hazırlanır.
“Biz bu vəziyyətin həllini gözləyirik. Ən yaxşısına ümid edirik, amma təbii ki, ən pis ssenarilər üzərində də düşünürük. Buna görə də, hələlik heç nə demək istəmirik, hələ də ümid edirik ki, burada müəyyən sağlam düşüncə qalib gələcək”, - Peskov regional hakimiyyət orqanlarının Rusiya Federasiyasının hökumətinə və Prezident Administrasiyasına təqdim etdiyi cavab planı ilə bağlı sualı şərh edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB