Gəmidə dava düşüb

ABŞ-da kruiz gəmisində fırıldaq qalmaqalı nəticəsində baş verən davada 60 nəfər iştirak edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, gəmidə olan 3 nəfərin ortaqlarını aldadaraq üçlü münasibət qurduğu öyrənilib. Gəminin beşinci mərtəbəsində dava başlayan kimi 60 nəfər iştirak edib. Bildirilib ki, bir saat davam edən dava gəminin birinci mərtəbəsində başa çatıb.

Qeyd edək ki, ciddi xəsarət alan olmasa da, qab-qacaqlar qırılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə