Avtobus qəzasında məktəblilər həlak olub

Avtobus qəzasında məktəblilər həlak olub

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər, o cümlədən şagirdlər həlak olub.

SİA-ya məlumatına görə, avtobus dağlıq yolla hərəkət edərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yüksək hündürlükdən aşağı düşüb.

Qeyd olunur ki, avtobusda məktəbə yola düşən 40-dan çox şagird olub. Xilasedicilər ölü sayının arta biləcəyini istisna etmir.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə