Meksikanın Oaxaka ştatının San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sosa Qarsiya timsahla evlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Meksikanın Oaxaka əyalətindəki San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sosa Qarsiya dünən təşkil edilən mərasimlə timsah "Şahzadə Alisiya Rubi" ilə evlənib. Meksikada yerli xalqın ənənəsi olaraq keçirilən toya vətəndaşlar böyük maraq göstərib. Musiqi və rəqslərin müşayiəti ilə keçirilən mərasimdə timsah şahzadə Alisiya Rubi ağ gəlinlik geyinib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB