Somali Prezidenti Mahmud Türkiyəyə səfərə gələcək

Somali Prezidenti Mahmud Türkiyəyə səfərə gələcək

Somali Prezidenti Həsən Şeyx Mahmud Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gələcək.
SİA-nın əldə etdiyi məlumata görə, Ərdoğan Mahmudu sabah (5 iyul) Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.
Somali Prezidenti Şeyx Mahmud may ayında yenidən seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.

Danışıqlar zamanı ikitərəfli münasibətlər və əməkdaşlığın inkişafı müzakirə olunacaq.

Bundan əlavə, gündəmdəki regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə