Rusiyada 100 kiloqram mamont dişi müsadirə olunub

Rusiyada 100 kiloqram mamont dişi müsadirə olunub

Rusiya polisi Yakutiyada 16 ədəd mamont dişinin qanunsuz daşınmasının qarşısını alıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Yakutiya Prokurorluğu məlumat yayıb.

Məlumatda göstərilir ki, Tiksi qəsəbəsinin aerodromunda ümumi kütləsi 100 kiloqramdan çox olan 16 ədəd mamont dişinin daşınmasının qarşısı alınıb. Bu əşyalar müsadirə edilərək Yakutiya Respublikasının mülkiyyətinə verilib. Aşkar edilmiş dişlər tarixi və elmi əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə