"Luqansk istiqamətində hücum etmək imkanı yaranacaq”

"Luqansk istiqamətində hücum etmək imkanı yaranacaq”

"Qərb silahlarının sürətləndirilmiş tədarükü Ukraynaya Lisiçansk şəhərinə hücum etmək və Luqansk vilayətinin ərazisi uğrunda döyüşmək imkanı verəcək”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

“Bu gün biz dəqiq deyə bilmərik ki, Lisiçansk Rusiyanın nəzarəti altındadır, Lisiçansk yaxınlığında döyüşlər gedir. Və bizim vəzifəmiz atəş üstünlüyünə sahib olmaqdır. Bu gün düşünürəm ki, Silahlı Qüvvələrimiz əlindən gələni edir. Silah tədarükünün sürətləndirilməsi atəş üstünlüyü əldə etməyə imkan verəcək və bundan sonra biz bu sahəyə daha çox təzyiq göstərəcəyik”, – deyə Zelenski bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB