"Maxar" sanksiyaya məruz qalacaq?

"Maxar" sanksiyaya məruz qalacaq?

Bu arada senator Vladimir Cabarov Amerikanın “Maxar” şirkətinin iyunun 30-da Belqorodu kosmosdan çəkdiyi barədə məlumat təsdiqlənərsə, bu halda Rusiyanın ona qarşı sanksiyalar tətbiq etmək hüququnun olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb.
“...Əgər bu barədə sübut əldə olunarsa, bu halda Rusiyanın bu şirkətin bizim sanksiyalara məruz qalması imkanını nəzərdən keçirməyə tam haqqı var”, -deyə Cabarov bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl “RİA Novosti” Amerikanın “Maxar”dan olan “GeoEye-1” kommersiya peykinin iyunun 30-da Belqorodda tədqiqat apardığı barədə məlumat vermişdi. Agentlik həmçinin Amerikanın “Worldview-2” və “Worldview-3” peykləri iyunun 27, 22 və 20-də Belqorod vilayətinin şəkillərini çəkdiyini qeyd etmişdi.

...İyulun 3-də Rusiya Müdafiə Nazirliyi Kiyevin gecə saatlarında kasetli bombaları, Tu-143 pilotsuz təyyarələri və “Toçka-U” raketləri ilə Belqorod və Kursk şəhərlərinin yaşayış məntəqələrinə qəsdən zərbə endirdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə