Kalininqrada tranzitin azaldılması aprel ayından başlayıb

Litvanın Kalininqrada malların tranzitini məhdudlaşdıran Avropa İttifaqı sanksiyaları aprel ayında qəbul edilib, Litva hakimiyyəti eyni vaxtda onları həyata keçirməyə başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.

RBC-nin məlumatına görə, nazir vurğulayıb ki, sanksiyalar paketinin qəbulundan dərhal sonra Litva “bütün izahatları verib” və Kalininqrad vilayətinə tranzit axını azaltmağa başlayıb.

Landsbergis bir daha xatırladıb ki, Vilnüs məhdudiyyətləri təkbaşına qoymayıb və o Avropa İttifaqının qərarını icra edir. Nazirin sözlərinə görə, “Litva Avropa İttifaqının bir hissəsidir və bunlar da Avropanın sanksiyalarıdır”.

“Əgər bu qanundursa, biz ona əməl etməliyik”- deyə litvalı diplomat bildirib.

Xatırladaq ki, daha əvvəl Litvanın baş naziri İnqrida Simonyte mart ayından Rusiya Federasiyası Kalininqrad vilayətinə malların tranzitinə tətbiq edilən sanksiyalar barədə məlumatlı olub və buna hazırlaşdığını demişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə