İtaliyada qar uçqunu nəticəsində 6 nəfər həlak olub

İtaliyanın şimalında Alp dağlarında qar uçqunu baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, buzlağın bir hissəsinin qırılması qar uçqununa səbəb olub.

Hadisə nəticəsində 6 nəfər həlak olub, 8 nəfər xəsarət alıb. Hadisə yerinə helikopterlər cəlb edilib. Buz təbəqəsinin sınmasına dağ zirvəsində temperaturun +10 dərəcə Selsiyə çatması səbəb olub. Ekoloqlar bu cür hadisələrin təkrarlanacağı barədə xəbərdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...