Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı qrossmeyster 13-cü turda ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşıb və 31-ci gedişdə heç-heçə edib. Rəcəbov 13 turda 9 heç-heçə edib, 2 dəfə qalib gəlib, 2 dəfə uduzub. Onun hazırda 6,5 xalı var.

Bu gün İddiaçılar Turnirinin qalibi də müəyyənləşib. FİDE bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi 13-cü turda macar Rixard Rapportla heç-heçə edərək xalını 9-a çatdırıb. Bununla da o, son turun nəticələrindən asılı olmayaraq, rəqibləri üçün əlçatmaz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə