Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək

İyulun 3-4-də Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və daxili işlər naziri Gerhard Karner Türkiyəyə səfər edəcək. Bu barədə SİA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avstriyalı nazirlər öz həmkarları Mövlud Çavuşoğlu və Süleyman Soylu ilə görüşəcəklər.

Görüşlərdə regional məsələlər, xüsusilə qeyri-qanuni miqrasiya, terrorla mübarizə və Ukraynadakı proseslər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə