Rusiya kurortlarının bir sıra mehmanxanaları qiymətləri 40 faiz qaldırıb.

SİA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Turpomoşç” assosiasiyasının direktoru Aleksandr Osaulenko bildirib.

Onun sözlərinə görə, indi Krasnodar diyarının cənubu “tamamilə doludur”. “Otellərdə yer yoxdur, bir çox mehmanxana sahibləri yer üçün müraciət edənlərə “yox” deyir.

“...Ənənəvi olaraq nə isə tükənən kimi, haradasa və ya müəyyən məhdudiyyətlər başlayan kimi qiymətlər qalxır”, -bunu da Osaulenko deyib.

“...Bu gün elə yerlər var ki, orada qiymətlər 40 faiz artıb. Digər otellərdə isə qiymətlər 12-15 faiz artır”. Bu da Osaulenkonun sözləridir.

Maraqlıdır ki, assosiasiya direktoru bu gün Rusiynın cənubundakı turist boluğunu, yəni əksər rusların cənuba üz tutmalarını onların istirahət üçün xaricə gedə bilməmələri, yəni maddi tənəzzülləri ilə əlaqələndirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə