Britaniya zabiti Ukraynadan çoxuşaqlı ailəni evindən qovub

Britaniyalı zabiti Dadli Malster beş uşaqlı ukraynalı qaçqın ailəsini küçəyə atıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.

Hadisə Hempşir ştatının Feyrhem şəhərində baş verib. İkisi yaşlı qadın olmaqla doqquz nəfərlik bir ailənin Polşada iki ay qaldıqdan sonra Böyük Britaniyaya gəldiyi vurğulanır.

Qeyd edək ki, Avropa İttifaqı ukraynalı qaçqınları xüsusi statusdan məhrum etməyə başlayır.

...Kiyevdən olan ailə başçısı Maksim Hyrikin dediyi kimi, əvvəlcə ev sahibləri onlara nəvaziş və qonaqpərvərliklə yanaşdılar. Lakin bir neçə həftə sonra Malsterlər heç bir xəbərdarlıq və izahat vermədən müqaviləni ləğv etmək qərarına gəliblər.

“...Onlar bizimlə danışmağı belə dayandırdılar və bizə evdən çıxarılmağımız barədə məktub gəldi. Onlar interneti də söndürdülər, ona görə də elektron poçtla əlaqə saxlamaq və ünsiyyət qurmaqdan məhrum olduq”.

Bunu sonradan Ukraynadan olan qaçqın ailəsi nəşrlə paylaşıb.

Beləliklə, Ukraynalı ailəni küçəyə atan evin 40 yaşlı sahibi Dadli Malster Kral Dəniz Qüvvələrində 20 illik təcrübəyə malik yüksək səviyyəli zabitdir. O, Əfqanıstan və Bəhreyndə xidmət edib, həmçinin kral ailəsi üçün xaricə səyahətlərin təmin edilməsində iştirak edib.

Bunun britaniyalı jurnalistlərə sonradan məlum olduğu bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə