Bakir İzetbeqoviç seçkilərdə namizəd olacağını açıqlayıb

Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç oktyabrda Rəyasət Heyətinə keçiriləcək seçkilərdə yenidən namizəd olacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin bosniyalı sədri B.İzetbeqoviç partiyanın tələbi əsasında seçkilərdə Rəyasət Heyətinə üzvlüyünə namizəd olacağını deyib.

“İndiyədək partiyanın məndən tələb etdiyini hər zaman qəbul etmişəm. Yenidən bu tələbi qəbul etməyi və Bosniya və Herseqovina Rəyasət Heyətinə üzv olmaq üçün var gücümlə mübarizə aparmağı planlaşdırıram”, - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 2-də Bosniya və Herseqovina Rəyasət Heyətinə, parlament, Serb Respublikası Xalq Məclisi, Brçko Regional Məclisi və kanton məclislərinə seçkilər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə