Texasda atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Texas ştatının Hyuston şəhərində atışma nəticəsində 2 yeniyetmə ölüb, 2 güllə yarası alan 1 nəfər isə yaralanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə dairənin şerifi Harris Ed Qonsales tviterdə yazıb.

Məlumata görə, münaqişə əyləncə gecəsində baş verib. Öldürülən yeniyetmələrin hər birinin 17 yaşı olub.

Bildirilib ki, hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...