Putin Çexovu mənim əlimdən ala bilməyəcək...

Almaniyanın mədəniyyət və media üzrə dövlət naziri Klaudiya Rot rus mədəniyyətinin boykot edilməsinə qarşı çıxıb və Rusiyanın “Çexovu əlindən almasına” imkan verməyəcəyinə söz verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Augsburger Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Məncə, Rusiya mədəniyyətini təşkil edən hər şeyi boykot etmək, məncə tamamilə yanlış olan şeydir, deyəm nazir, nümunə olaraq Şimali Reyn-Vestfaliyada bir orkestrin bəstəkar Pyotr Çaykovskinin musiqisini ifa etməsinin qadağan edildiyini misal çəkib.

Nazir qeyd edib ki, cəmiyyətdə rus mədəniyyəti ilə bağlı böyük qeyri-müəyyənlik var. "Hesab edirəm ki, boykot tamamilə yanlışdır, çünki çox vaxt rus rəssamları azadlığın son boşluqlarını xilas etməyə çalışırlar” deyən Klaudiya Rot əlavə edib ki, “belə böyük rus mədəniyyəti var, istər musiqi, istərsə də ədəbiyyatda... ona görə də “...mən imkan verməyəcəyəm ki, Putin Çexovu mənim əlimdən alsın”, - deyə alman nazir yekunlaşdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...