İsrail səfirliyi Ukrayna səfirini qınayıb...

...Banderanı təriflədiyi üçün

İsrailin Berlindəki səfirliyi Ukrayna səfiri Andriy Melnik-in Stepan Bandera ilə bağlı açıqlamalarına kəskin reaksiya verib.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri rus saytları yayıb.

"Ukrayna səfirinin bəyanatı tarixi faktların təhrifidir, Holokostu kiçik hesab edir və Bandera və onun tərəfdarları tərəfindən öldürülən bütün insanların xatirəsinə təhqirdir". – Rus saytlarının yazdığına görə, bu səfirliyin rəsmi “Twitter” hesabında deyilir.

Diplomatik nümayəndəlik qeyd edib ki, onlar Ukrayna səfirinin Stepan Bandera ilə bağlı tərifli bəyanatlarını təhqir hesab edirlər. Bundan əlavə, səfirlik bildirib ki, Melnikin bəyanatları nəinki “hamımızın inandığımız dəyərləri sarsıdır, həm də “Ukraynanın demokratik dəyərlər və sülh uğrunda mübarizəsini sarsıdır”.

Xatırladaq ki, nasist ideologiyasının tərənnümü qanunla qadağan edilən Ukraynanın Almaniyadakı səfiri alman jurnalistə müsahibəsində nasistlərin şəriki Stepan Banderanı tərifləyib.

Andriy Melnik bildirib ki, Bandera “Ukraynanın azadlığı uğrunda mübarizə aparıb”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə